Loading...
Agentlik Maliyyə departamentinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə departamentinin Hesabatlılıq şöbəsinin mütəxəssisi/məsləhətçisi/aparıcı məsləhətçisi vəzifəsi üzrə açıq vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • TƏBİB və onun tabeliyindəki tibb müəssisələrinin illik maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması;

  • Kənar auditin aparılmasına dəstək və proses zamanı auditorlarla öz məsuliyyət dairəsi üzrə əlaqəli şəxs kimi kommunikasiya qurulması və yaranmış sualların cavabının müəyyən edilməsi;

  • Kənar audit prosesi zamanı tələb olunan məlumatların toplanılması və transformasiyasında iştirak;

  • Regional tibb müəssisələrinə ezam olunaraq məlumatların toplanılmasında iştirak;

  • Tibb müəssisələrinin maliyyə hesabatlarının hazırlanması prosesi zamanı tərtib olunmuş müxabirləşmələr jurnalının yoxlanılması;

  • Əsas MHBS standartları üzrə müxabirləşmələr jurnalında əməliyyatların düzgün uçota alınmasının təhlil olunması (ƏV, CAPEX, OPEX);

  • Xidmətlərin maya dəyəri və ümumi və inzibati xərclərin 1 №-li beynəlxalq maliyyə standartına görə tanınması və funksional bölgüyə görə xərclərin təsnifatının təhlil olunması;

  • Seçilmiş tibb müəssisələrində aşağıdakı istiqamətlər üzrə yoxlamaların aparılması prosesində auditorlara dəstək verilməsi:

a) Əsas vəsaitlər üzrə yoxlamaların aparılması,

b) Mal-material ehtiyatları üzrə yoxlamaların aparılması,

c) Əmək haqqı reyestrləri üzrə yoxlamaların aparılması,

d) Xərc maddələri üzrə yoxlamaların aparılması,

e) Debitor və kreditor borclar üzrə yoxlamaların keçirilməsi.                                                                                                                                                                            

Bizim üçün uyğun namizəd:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya biznesin idarəedilməsi üzrə ali təhsil;

  • 1-3 il maliyyə hesabatlılığı, kənar audit, mühasibatlıq, maliyyə nəzarəti sahəsində əmək stajı;

  • Maliyyə və mühasibat hesabatlılığı üzrə beynəlxalq sertifikatlara sahib olmaq və ya məzmunu barədə müfəssəl biliklər;

  • Sahə üzrə qanunvericiliyin tələblərini yüksək səviyyədə bilmək;

  • Ofis proqramları üzrə biliklər;

  • Analitik, yüksək ünsiyyət, komandada işləmə bacarıqları;

  • İntizamlılıq və nəticəyönümlülük;

  • Stressə qarşı davamlılıq.

Əlavə məlumatlar:

  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç. 170;

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 01.09.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 


 

 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri