Loading...
Agentlik İT layihələri şöbəsinə kiçik mütəxəssis vakansiyası elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT layihələri şöbəsinə kiçik mütəxəssis vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İT və idarəetmə sahəsində təhsil arzu olunandır);

  • Sahə üzrə 1 ildən az iş təcrübəsi;

  • Layihələrin idarəedilməsi üzrə proqram təminatlarında işləmə bacarığının olması arzuolunandır;

  • İT layihələrin idarəedilməsi və Scrum, Agile metodologiyası sahəsində biliklər;

  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;         

  • Komanda ilə işləmək bacarığı;

  • Təqdimat və danışıqlar aparmaq bacarığı;

  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək.

Görəcəyiniz işlər:

  • Layihələrinin vahid mərkəzdən idarə edilməsi (Layihəni təyin etmək, təsvir etmək, başlamaq və sonadək izləmək);

  • İT Layihələr kataloqunun hazırlanması;

  • Layihə nəticələrin və risklərin analizi;

  • Layihələr ilə bağlı qabaqcadan uzunmüddətli (İllik və s.) fəaliyyət planlarının hazırlanması;

  • Layihələrin idarəedilməsinə dair sənədləşmə işlərinin görülməsi;

  • Layihələrin idarəedilməsinə dair effektivliyin analizi və keyfiyyətə nəzarət;

  • Komandanın aktiv Layihə Yol Xəritəsini yeniləmək və ona nəzarət etmək, bütün aktiv layihə işlərinin vaxt qrafikini biznesin maraqlı tərəfləri ilə bölüşmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 20.11.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir.

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

 

 


 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri