İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sənədlərlə iş şöbəsinin mütəxəssisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);
MS Office (Word, Excel, Outlook, PowerPoint), elektron sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı;
Vaxtın idarə olunması bacarığı;
Ünsiyyət və təqdim etmə bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Kargüzarlıq işinin "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə uyğun aparılması;
Poçt, elektron poçt, faks, telefonoqram, feldyeger rabitəsi vasitəsilə və şöbəyə bilavasitə daxil olan sənədlərin Elektron Sənəd Dövriyyəsi (EGOV Sənəd dövriyyəsi) üzərindən qeydə alınması;
Sənədlərin aidiyyəti üzrə bölüşdürülməsi və icraçılara çatdırılması;
Sənədlərin göndərilməsi üçün tədbirlərin görülməsi, göndərilən sənədlərin qeydiyyatdan əvvəl ünvanlarının, istinadlarının, qoşmalarının və tərtibinin tələblərə uyğunluğunun yoxlanması;
Zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanması;.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 23.10.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.