İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Layihələrin idarəolunması şöbəsinin müdiri vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən,Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (maliyyə, iqtisadiyyat, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə olması üstünlükdür);
Layihələrin idarəolunması sahəsində minimum 5 il rəhbər təcrübəsi;
Layihələrin idarəolunması üzrə proqram təminatlarında istifadə təcrübəsi arzuolunandır;
PMP və ya digər oxşar sertifikatların olması üstünlükdür;
Agile, Waterfall və digər layihələrin idarəolunması metodologiyalarından istifadə təcrübəsi;
Yaxşı səviyyədə İngilis dili biliyi;
MS Office proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
Vaxtın və resursların idarə olunması bacarığı;
Yüksək səviyyədə təqdimetmə, ünsiyyət və komandanın idarəetməsi bacarıqları.
Görəcəyiniz işlər:
Layihələrin Agentliyin strateji hədəflərinə uyğun təsnifatlaşdırılmasının və prioritetləşdirilməsinin həyata keçirilməsi;
Layihə sənədlərinin, icra planlarının hazırlanmasına, resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək və nəzarət;
Layihələrin texniki-iqtisadi əsaslandırmasının və ssenarilər üzrə təhlilinin həyata keçirilməsi;
Ehtiyac olduqda proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi Regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin edilməsi;
Layihə üzrə risklərin müəyyən olunmasına köməklik göstərilməsi və risklərin qarşısının alınması ilə bağlı təkliflərin verilməsi;
Müvafiq vasitələr və üsullardan istifadə edərək layihələrin performansının ölçülməsinin həyata keçirilməsi.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 29.12.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.