Loading...
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Təsərrüfat və texniki xidmət şöbəsinin sürücüsü vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Orta təhsil;

  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;

  • B, BC kateqoriyalı sürücülük vəsiqəsi;

  • Bakı şəhərində əraziləri və region yollarını tanıma - yaxşı səviyyədə;

  • Yol hərəkəti qaydaları biliyi - yüksək səviyyədə;

  • Ölkədaxili ezamiyyə səfərlərinə hazır olmaq;

  • Məsuliyyətli və stressə davamlı.

Görəcəyiniz işlər:

  • Şirkət əməkdaşlarının təyin olunmuş ünvanlara çatdırılması;

  • Avtonəqliyyat vasitəsinin texniki istismarının həyata keçirilməsi;

  • Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasının, ayrı-ayrı hissə və qovşaqlarına baxışın həyata keçirilməsi;

  • Təyin olunmuş avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Lev Tolstoy 170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 11.03.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri