Loading...
How to recognize official websites?

Official website links end with .gov.az.

Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websites

Secure websites use HTTPS

As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.
search

Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi təhsil;
  • Səhiyyə sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
  • Xidmətlər Zərfi və TƏB-lər haqqında məlumatlı olmaq;
  • Ofis proqramları üzrə biliklər;
  • Vaxtın idarəedilməsi bacarığı;
  • Problem həlletmə bacarığı.

Görəcəyiniz işlər:

  • Dövlət və özəl tibb müəssisələrində icra olunan tibbi xidmətlərdən məlumatlı olmaq və şöbənin digər əməkdaşlarını bu haqda müvafiq qaydada məlumatlandırmaq;
  • Müqaviləli özəl tibb müəssisələrinin siyahısı və məsul şəxslərinin əlaqə nömrələrindən məlumatlı olmaq və şöbənin digər əməkdaşlarını bu haqda müvafiq qaydada məlumatlandırmaq;
  • Müqaviləli özəl tibb müəssisələrinə verilən göndərişlərə e-tabib sistemi vasitəsilə nəzarət etmək;
  • Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara nəzarət etmək və cavablandırmaq, göndərişlərlə bağlı müvafiq məlumatlar vermək;
  • Daxil edilmiş göndərişə imtina verildiyi təqdirdə sistemdə imtinanın səbəbini qeyd edərək xəstəxanaya izah etmək.                                                                                                                                          

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 19.06.2024-cü il;
  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

Note:
  • The title of the position you are applying for should be mentioned in the “subject” section;
  • Applications will be reviewed and only candidates who meet the requirements will be contacted.
  • For security reasons, applications received from emails with the domains yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com are not accepted.