Loading...
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sənədlərlə iş şöbəsinin məsləhətçisi (arxivçi) vəzifəsi üzrə açıq vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Agentlikdə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu və arxiv haqqında digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada arxiv işinin təşkil edilməsi;

  • İşlərin formalaşdırılması və Agentliyin arxivinə təhvil verilməsi üçün hazırlanması;

  • Agentliyin fəaliyyəti nəticəsində yaranan sənədlərin elmi, tarixi və əməli əhəmiyyətinin və saxlanma müddətlərinin müəyyən edilməsi, həmçinin onların saxlanılması, müəyyən müddətdən sonra Milli Arxiv Fonduna təhvil verilməsi və ya seçilib məhv edilməsi;

  • Agentliyin  fəaliyyəti nəticəsində yaranmış sənədlər üzrə iş nomenklaturalarının tərtib edilməsi;

  • Sənədlərin mühafizə edilməsi, komplektləşdirilməsi, uçotunun aparılması və dövlət mühafizəsinə təhvil verilməsi;

  • Arxiv üzrə sənədlərin cildlənməsi və arxiv kitabının formalaşdırılması;

  • Agentlikdə aparılan arxiv işinin təhlil edilməsi və dövri hesabatların hazırlanması.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;

  • Arxiv işi sahəsində minimum 2 il iş təcrübəsi;

  • Korporativ ünsiyyət qabiliyyəti;

  • Operativlik və problemləri həll etmək bacarığı;

  • Məsuliyyətli və intizamlı;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır);

  • MS Office (Word, Excel, Outlook, PowerPoint) elektron sənəd dövriyyəsi proqramlarında sərbəst işləmək bacarığı.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 09.07.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz

 


 

 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Request a callback
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri