Loading...
How to recognize official websites?

Official website links end with .gov.az.

Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websites

Secure websites use HTTPS

As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.
search

Agentlik Cəlilabad filialına vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cəlilabad filialının mütəxəssisi vəzifəsi üzrə açıq vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Görəcəyiniz işlər:

  • Səlahiyyətləri çərçivəsində filiala daxil olan müraciətlərin araşdırılması, məktubların hazırlanması və Elektron Sənəd Dövriyyəsi vasitəsilə cavablandırılması;

  • Filial rəhbəri və Agentlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;

  • Dövri hesabatların hazırlanması;

  • Ofisdaxili inzibati işlərin görülməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı;

  • Kargüzarlıq və vətəndaşlarla iş sahəsində təcrübə;

  • MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;

  • İntizamlılıq və nəticəyönümlülük;

  • Ünsiyyət və təşkilatçılıq bacarığı;

  • Stressə qarşı davamlılıq.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Cəlilabad rayonu.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi 25.10.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Note:
  • The title of the position you are applying for should be mentioned in the “subject” section;
  • Applications will be reviewed and only candidates who meet the requirements will be contacted.
  • For security reasons, applications received from emails with the domains yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com are not accepted.