Loading...
How to recognize official websites?

Official website links end with .gov.az.

Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websites

Secure websites use HTTPS

As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.
search

Regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Regional mərkəzlərlə iş şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (tibb təhsilli namizədlərə üstünlük veriləcəkdir);

  • Təcrübə: Tibb sahəsində 3 il iş təcrübəsi;

  • Texniki biliklər: Microsoft Office (Word, Excel, Outlook) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;

  • Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Regionlarla iş üzrə Agentliyin gələcək hədəflərinin təyin olunmasında iştirak;

  • Vətəndaş müraciətlərinin cavablandırılmasının təmin edilməsi;

  • Şöbə fəaliyyəti ilə əlaqədar hesabatların hazırlanmasında iştirak;

  • Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların icrası.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);

  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;

  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Müsahibə mərhələsi

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 30 noyabr 2025;

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Note:
  • The title of the position you are applying for should be mentioned in the “subject” section;
  • Applications will be reviewed and only candidates who meet the requirements will be contacted.
  • For security reasons, applications received from emails with the domains yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com are not accepted.