Loading...
How to recognize official websites?

Official website links end with .gov.az.

Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websites

Secure websites use HTTPS

As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.
search

Risklərin idarəolunması üzrə məsləhətçi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Risklərin idarəolunması üzrə məsləhətçi vakansiyası elan edir.

Haqqımızda:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik), icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri idarə edən, səhiyyə xidmətlərinin alıcısı rolunu oynayan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli, 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;

  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;

  • Karyera inkişafı üçün yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;

  • Təcrübə: Risklərin idarəolunması və ya audit üzrə 1-3 illik iş təcrübəsi;

  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Power BI bilikləri üstünlükdür;

  • Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;

  • Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili)

  • Digər tələblər: COCO ERM və İSO 31000 standartı üzrə biliklər; SWOT, PESTLE analizlərinin aparılması üzrə təcrübə.

Vəzifə öhdəlikləri:

  • Agentliyin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;

  • Risk xəritələrinin və risk reyestrlərinin hazırlanmasına dəstək vermək;

  • Riskə qarşı cavab tədbirlərini mütəmadi izləmək;

  • İnsidentlərin kök səbəb analizini (Root Cause Analysis) aparmaq və insidentlərin risk reyestri ilə inteqrasiyasını təmin etmək;

  • Risk göstəricilərinin və risk vəziyyətlərinin mütəmadi izlənilməsi;

  • Rəhbərliyə risklərlə bağlı aylıq və rüblük hesabatların hazırlanmasında iştirak;

  • Əsas Risk Göstəricilərinin (ƏRG) hazırlanmasında və erkən xəbərdarlıq mexanizmlərinin qurulmasında iştirak etmək;

  • Risk əsaslı təhlillərin aparılması və risk azaldıcı tədbirlərin təklif olunması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);

  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi

  • Praktiki tapşırıq/test mərhələsi

  • Müsahibə

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 12 mart 2026.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

 

 

Bakı
cv@its.gov.az
Bazar ertəsi- Cümə
Note:
  • The title of the position you are applying for should be mentioned in the “subject” section;
  • Applications will be reviewed and only candidates who meet the requirements will be contacted.
  • For security reasons, applications received from emails with the domains yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru,
    yahoo.com are not accepted.