Yerləşdirilmə tarixi: 14.11.2023
Son müraciət tarixi: 28.11.2023
Agentlik Anbar uçotu üzrə mütəxəssis vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Anbar uçotu üzrə mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Anbarda materialların hərəkəti, mühafizəsi, uçot qaydasını və müvafiq sənədlərin rəsmiləşdirilməsi qaydası barədə biliklər
Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
Ofis proqramları üzrə biliklər;
Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Malların qəbulu və ixracını təmin etmək;
Anbara verilən sorğuların vaxtında cavablandırılması;
Malların anbara qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
Anbarda sayımların aparılması;
Anbar qalığına nəzarəti həyata keçirmək.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 28.11.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vacancies
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 July 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 July 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 June 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 June 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 June 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 June 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27