Yerləşdirilmə tarixi: 15.02.2023
Son müraciət tarixi: 31.03.2023
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göndərişlər şöbəsinə həkim-mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
Tibb sahəsində təşkilatı işlər üzrə 1 ildən az olmayaraq ümumi əmək stajı (tibbi sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır;
Ofis proqramları üzrə biliklər;
İxtisası üzrə sertifikatların olması arzu olunandır.
Görəcəyiniz işlər:
Müqaviləli özəl tibb müəssisələrinə müayinə və müalicə üçün göndərişlərə Agentliyin vahid elektron informasiya sistemi üzərində nəzarət etmək;
Müqaviləli özəl tibb müəssisələrinə birbaşa təcili müraciətlərlə bağlı məktublara cavab vermək;
Dövlət xəstəxanaların göndərişlər üzrə məsul şəxslərlə əlaqə saxlamaq və göndərişlərə aid müvafiq düzəlişlərə nəzarət etmək;
Digər şöbələrdən müraciətləri araşdırmaq və yaranan mübahisəli məsələləri həll etmək;
Şöbə müdirindən daxil olan bütün müraciətləri və müvafiq sənədləri qəbul edərək gündəlik iş planına daxil etmək və rəhbəri ilə razılaşdırmaqla müvafiq yazılı və ya şifahi cavab hazırlamaq;
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy küçəsi 170
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 31.03.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik İnsan resursları mütəxəssisi vakansiyasını elan edir
09 İyun 2023 10:57
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinə məsləhətçi vakansiyasını elan edir
17 May 2023 17:43
Agentlik Strategiya və layihələrin idarəolunması şöbəsinin müdiri vakansiyasını elan edir
17 May 2023 17:41
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
17 May 2023 16:59
Agentlik Risklərin idarəolunması və aktuari şöbəsinə vakansiya elan edir
16 May 2023 14:29
Agentlik Analitika və statistika şöbəsinə vakansiya elan edir
16 May 2023 14:19
Agentlik Tibbi yardımın maya dəyərinin hesablanması xidmətinin rəhbəri vakansiyasını elan edir
19 Aprel 2023 10:59
Agentlik Çağrı mərkəzinə həkim-mütəxəssis vakansiyası elan edir
19 Aprel 2023 09:53
Agentlik Şəmkir filialının müdiri vəzifəsi üzrə vakansiya elan edir
11 Aprel 2023 11:51
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
10 Aprel 2023 17:47