Yerləşdirilmə tarixi: 25.06.2024
Son müraciət tarixi: 09.07.2024
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidməti “Kiçik mütəxəssis” vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (tibb təhsili arzuolunandır);
Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (Ali tibb təhsili olduqda təcrübə tələb olunmur);
Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
Ofis proqramları üzrə biliklər;
Ünsiyyət və vaxtın idarəedilməsi bacarığı;
Problem həlletmə bacarığı;
Konfliktlərin idarəedilməsi;
Komandada işləmə bacarığı.
Görəcəyiniz işlər:
Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
Müraciət vərəqinin hazırlanması;
Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi (şənbə-bazar istirahət günləri);
İş vaxtı: 15:00 – 00:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 09.07.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Cəlilabad filialına vakansiya elan edir
14 Oktyabr 2024 12:10
Agentlik Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi (gecə növbəsi) vakansiyası elan edir
24 Sentyabr 2024 12:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinin sürücüsü vakansiyası elan edir
24 Sentyabr 2024 12:26
Agentlik Təchizat və satınalma şöbəsinin müdiri vakansiyası elan edir
18 Sentyabr 2024 17:37
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
09 Sentyabr 2024 15:17
Agentlik şöbə müdiri vakanskiyası elan edir
04 Sentyabr 2024 16:27
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
04 Sentyabr 2024 14:33
Agentlik Analitika və risklərin idarəolunması şöbəsinə vakansiya elan edir
03 Sentyabr 2024 16:26
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Avqust 2024 15:48
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
15 Avqust 2024 11:25