Yerləşdirilmə tarixi: 03.11.2021
Son müraciət tarixi: 30.11.2021

Agentlik Çağrı mərkəzi xidməti şöbəsinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Kiçik mütəxəssis/mütəxəssis

Şöbə: Çağrı mərkəzi xidməti

İş rejimi: Qrafik üzrə 18:00-00:00 və 00:00-09:00, həmçinin bayram və istirahət günlərində

Vəzifə öhdəlikləri:

    •  
  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;
  • Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
  • Müraciət vərəqinin hazırlanması;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

   Vəzifə üçün tələblər:

  • Ali tibbi sahə üzrə təhsili və ya çağrı mərkəzində iş təcrübəsi;
  • Ali tibbi təhsil ixstisası üzrə təhsil alan tələbələr;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
  • MC Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Dinləmək bacarığı;
  • Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
  • İntizamlılıq və tez öyrənmə bacarığı;
  • Məqsədyönlülük və əmzkarlıq;
  • Stressə qarşı davamlılıq.

Maraqlanan namizədlər CV-lərini (Çağrı mərkəzi/qeyri-iş saatları) başlığı ilə 30 noyabr 2021-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

 

Zəng sifariş et