Yerləşdirilmə tarixi: 10.04.2023
Son müraciət tarixi: 21.04.2023
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzinə kiçik mütəxəssis/mütəxəssis vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibbi təhsil arzuolunandır;
1 il iş təcrübəsi (Çağrı mərkəzində və ya tibb sahəsində)
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır;
Ofis proqramları üzrə biliklər;
Azərbaycan dilində səlis yazı və danışıq baçarığı.
Görəcəyiniz işlər:
Agentliyin çağrı mərkəzi vasitəsilə vətəndaşlardan daxil olan şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;
Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
Müraciət ilə bağlı sənədlərin hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 21.04.2023-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vacancies
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 July 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 July 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 June 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 June 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 June 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 June 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27