Yerləşdirilmə tarixi: 16.04.2024
Son müraciət tarixi: 26.04.2024
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə aparıcı/baş məsləhətçi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil (jurnalistika və filologiya istiqamətində olması arzuolunandır);
İctimaiyyətlə əlaqələr sahəsində 3 ildən az olmayaraq əmək stajı;
Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı;
Müvafiq məlumatların (press-reliz/xəbər/məqalə/müsahibə/hesabatlar və s.) yazılması, strategiya, hesabat və digər sənədlərin hazırlanması bacarığı;
Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
Xarici dil bilikləri arzuolunandır;
Ofis proqramları üzrə biliklər.
Görəcəyiniz işlər:
İcbari tibbi sığorta sistemi ilə bağlı informasiya materiallarının (press-reliz, müsahibə, məqalə, açıqlama, təkzib və s.), çap məhsullarının (buklet, plakat, flayer, jurnal, təlimat kitabçaları və s.) hazırlanması və redaktəsi;
Müxtəlif tədbirlər üçün Agentliyin fəaliyyətindən irəli gələn məsələlərlə bağlı təqdimat və çıxışların hazırlanması;
Mediadan daxil olan informasiya sorğularının cavablandırılması
Sosioloji sorğuların keçirilməsi işinin təşkili, hesabatların təhlil və nəticələrə əsasən yoxlanılması;
Materiallara analitik yanaşma, mətnlərin məntiqi təhlil edilməsi, yarana biləcək risklərin müəyyənləşdirilməsi, ictimai rəyin maraqlarının qiymətləndirilməsi;
İctimaiyyətlə əlaqələr sahəsi üzrə yeni imkanlar barədə beynəlxalq təcrübənin öyrənilməsi, kommunikasiyanı səciyyələndirən əsas şərtlər, rəqəmsallaşma sahəsində araşdırmaların aparılması və iş prosesində tətbiq edilməsi;
Departamentin illik fəaliyyəti və icra etdiyi strategiyaların icra vəziyyəti barədə hesabatların hazırlanması;
İctimaiyyətlə əlaqələr sahəsində təşkilati və sərəncamverici sənədlərin hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy 170
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 26.04.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vacancies
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 July 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 July 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 June 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 June 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 June 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 June 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27