Yerləşdirilmə tarixi: 29.03.2022
Son müraciət tarixi: 29.04.2022
Agentlik İnformasiya təhlükəsizliyinin idaəredilməsi şöbəsinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya təhlükəsizliyi departamentinin İnformasiya təhlükəsizliyinin idaəredilməsi şöbəsinə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera inkişafı imkanları;
Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
İnformasiya təhlükəsizliyi üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan Respulikası qanunvericiliyində informasiya və kiber təhlükəsizliklə bağlı mövcud qanunvericilk üzrə biliklər olması:
İnformasiya təhlükəsizliyi standartları ilə bağlı biliklər (ISO 27000, 27001 və s.) olması;
Peşəkar ünsiyyət və öyrətmə bacarıqlarının olması;
İşə məsuliyyətli yanaşma və operativlik bacarığının olması;
İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifakatların mövcudluğu arzu olunandır (CISSP, CompTIA Security+, CISM və s.).
Görəcəyiniz işlər:
İnformasiya və kiber təhlükəsizliklə bağlı siyasətlərin və prosedurların standartlara uyğun yazmaq;
Siyasətlərin və prosedurların tətbiqinə nəzarət etmək;
İstifadəçilərin və ümumilikdə əməkdaşların informasiya təhlükəsizliyi ilə bağlı vaxtaşırı maarifləndirmək və bu sahə üzrə bilik səviyyəsini yoxlamaq;
Digər departament və şöbələrin prosedurlarının informasiya təhlükəsizliyi standartlarına uyğunlaşdırmaq;
Məlumatların təsnifatını (Data Classification) aparmaq;
İnformasiya təhlükəsizliyi ilə bağlı standartların tətbiqi prosesinin aparmaq.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 29.04.2022-ci il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir [1];
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vacancies
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 July 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 July 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 June 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 June 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 June 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 June 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27