Yerləşdirilmə tarixi: 22.10.2021
Son müraciət tarixi: 30.11.2021

Agentlik Sistem inzibatçılığı şöbəsinə vakant yer elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Vəzifə: Baş mütəxəssis / Məsləhətçi (Linux üzrə sistem inzibatçısı istiqaməti üzrə)

Şöbə: Sistem inzibatçılığı şöbəsi

Vəzifə öhdəlikləri:

  • Agentliyin infrastrukturunda istifadə olunan  mövcüd Linux serverlərinə nəzarət və onların auditin aparılması;

  • Mövcüd və yeni layihələr üçün yeni Linux serverlərin qaldırılması və optimizasiya olunması;

  • Linux əməliyyat sistemi səviyyəsində yeni texnologiyaların araşdırılması və tətbiq edilməsi;

  • DevOps texnologiyaları üzrə biliklərin əldə edilməsi və gələcəkdə tətbiq edilməsi.

    Vəzifə üçün tələblər:

  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır)

  • Linux sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi

  • OS Linux Redhat / CentOS / Debian üzrə biliklər və iş təcrübəsi

  • RHCE / RHСSA üzrə biliklər (sertifikat olması arzu olunandır)

  • Mövcüd Linux serverlərin dəstəklənməsi, çıxan problemlərin aradan qaldırılması

  • Nginx, Apache Tomcat kimi web serverlərin dəstəkləməsi

  • IPTables rahat şəkildə sazlanması

  • Bash script yazılması ilə iş təcrübəsi

  • Şəbəkə ilə bağlı biliklərin olması

  • TCPDump ilə problemlərin analiz edilməsi

  • VmWare ESXi virtualizasiya üzrə biliklər və iş təcrübəsi

  • Zabbix monitoring tool üzrə biliklər və iş təcrübəsi

Maraqlanan namizədlər CV-lərini “Linux üzrə sistem inzibatçısı” başlığı altında 30 noyabr 2021-ci il tarixinədək  hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

 

Zəng sifariş et