Yerləşdirilmə tarixi: 11.03.2024
Son müraciət tarixi: 26.03.2024
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Təchizat və satınalma şöbəsinin məsləhətçisi vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri;
Ofis proqramları üzrə biliklər;
Vaxtın idarəedilməsi bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
Tenderin əsas şərtlər toplusunun hazırlanması;
Dövlət satınalmalarının vahid internet portalında elanların dərc olunması;
Malların (işlərin və xidmətlərin) satınalınması üzrə bağlanmış müqavilələrin icrasına nəzarət;
Bağlanmış müqavilələrə uyğun olaraq malların (işlərin və xidmətlərin) sifarişi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi;
Dövlət satınalmaları ilə bağlı məktubların hazırlanması;
Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 26.03.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vacancies
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 July 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:40
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi vakansiyası elan edir
04 July 2024 15:37
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
04 July 2024 15:29
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
27 June 2024 12:03
Agentlik Çağrı mərkəzinə gecə növbəsi üzrə vakansiya elan edir
25 June 2024 14:38
Agentlik Çağrı mərkəzinə kiçik mütəxəssis üzrə vakansiya elan edir
25 June 2024 14:34
Agentlik Göndərişlər şöbəsinə vakansiya elan edir
12 June 2024 22:20
Agentlik Təchizat və satınalma şöbəsinə vakansiya elan edir
14 May 2024 14:57
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir
08 May 2024 15:27