Yerləşdirilmə tarixi: 02.09.2020
Son müraciət tarixi: 01.10.2020
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göyçay şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edə, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Göyçay şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir.
Vəzifə öhdəlikləri:
- Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
- Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
- Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
- Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
- Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
- Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
- Filialın səmərəli işinin təmin edilməsi;
- Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.
Vəzifə üçün tələblər:
- Ali tibb təhsili (namizədin tibb təhsili ilə yanaşı ali iqtisadi və ya ali hüquq təhsilinin olması arzuolunandır);
- 5 ildən az olmayaraq əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində, inzibati sahədə iş təcrübəsi arzuolunandır);
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
- Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
- Ofis proqramları üzrə biliklər.
Maraqlanan namizədlər CV-lərini 1 oktyabr 2020-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00
Agentlik qrafik dizayner vakansiyası elan edir
28 Fevral 2024 17:54
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Fevral 2024 12:40