Yerləşdirilmə tarixi: 14.05.2020
Son müraciət tarixi: 14.06.2020

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya sistemlərinin təhlükəsizliyi şöbəsinə Cyber Security Analyst vəzifəsinə vakant yer elan edir

           Vəzifə öhdəlikləri:

  • Server proqram təminatının dəstəklənməsində iştirak edilməsi, Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi
  • Sistemlərdə təhlükələrin və boşluqların təhlil edilməsi, onların qarşısının alınması üçün tədbirlərin görülməsi;
  • Daxili təhlükəsizlik testlərinin keçirilməsi, hesabatların hazırlanması;
  • Kibertəhlükəsizlik pozuntularının təhlil edilməsi, onların həlli üçün  tədbirlərin görülməsi,
  • Şəbəkə təhlükəsizliyi, müdaxilənin aşkarlanması (İDS) və müdaxilənin qarşısının alınması (İPS) sistemlərinin tələblərinin müəyyən edilməsi;
  • Şəbəkədə kiberhücumların, icazəsiz daxilolmaların, qanunsuz müdaxilələrin qarşısının alınması;
  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Vəzifə üçün tələblər:

  • Ali təhsil (texniki sahədə təhsil arzu olunandır);
  • Şəbəkə avadanlıqlarının iş prinsipi üzrə biliklər;
  • İT təhlükəsizlik üzrə 3 il iş təcrübəsi;
  • Mail, Proxy, Backup, Firewall, antivirus xidmətlərinin quraşdırılması və sazlanması üzrə biliklər;
  • Firewall and IDS/IPS, müdaxilə və zəiflik (penetration and vulnerability) testlərinin aparılması haqqında biliklər;
  • DLP, anti-virus və anti-malware, Windows, UNIX and Linux sistemləri üzrə biliklər;
  • Şəbəkə protokolları və paket analiz alətləri ilə bağlı biliklər;
  • Müvafiq sahələr üzrə sertifikatlara malik olma arzuolunandır;
  • Komandada işləmək bacarığının olması.

Maraqlanan namizədlər CV-lərini 14 may 2020-ci il tarixinədək hr@its.gov.az  e-mail ünvanına göndərə bilərlər.

Müraciət olunan  vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəqabətədavamlı əmək haqqı.

 

Zəng sifariş et