Yerləşdirilmə tarixi: 03.09.2021
Son müraciət tarixi: 03.10.2021
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi ekspertiza şöbəsinə vakant yer elan edir
Vəzifə: Kiçik mütəxəssis, Mütəxəssis, Baş mütəxəssis
Şöbə: Tibbi ekspertiza şöbəsi
Vəzifə öhdəlikləri:
- Tibb təchizatçısı tərəfindən göstərilmiş tibbi xidmətlərə dair hesabatların (reyestrlərin), və digər tələb edilən sənədlərin alınması;
- Tibb təchizatçıları tərəfindən təqdim olunmuş reyestrlərə əsasən göstərilmiş tibbi xidmətlərin ilkin texniki və tibbi dəyərləndirilməsinin həyata keçirilməsi;
- Sığorta hadisəsi zamanı, sığorta olunana göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarət edilməsi, yaranan nöqsanların araşdırılması.
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə tibb heyəti ilə görüşlərin keçirilməsi;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Vəzifə üçün tələblər:
- Baza ali tibbi təhsil (Rezidentura təhsili üstünlükdür);
- Tibb sahəsində həkim olaraq 1 ildən az olmayaraq ümumi əmək stajı (həkim və ya həkim-ekspert olaraq sığorta şirkətlərində iş təcrübəsi üstünlükdür);
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
- Yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarığı;
- Xarici dil bilikləri arzuolunandır;
- Ofis proqramları üzrə biliklər;
- İxtisası üzrə sertifikatların olması arzu olunandır.
Maraqlanan namizədlər CV-lərini 03 oktyabr 2021-ci il tarixinədək hr@its.gov.az e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəqabətədavamlı əmək haqqı.
Vakansiyalar
Agentlik Strateji satınalma şöbəsinin müdiri vakansiyasını elan edir
01 May 2024 16:44
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
23 Aprel 2024 16:13
Agentlik anbardar vakansiyası elan edir
22 Aprel 2024 18:14
Agentlik İctimaiyyətlə əlaqələr şöbəsinə vakansiya elan edir
16 Aprel 2024 09:53
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
11 Mart 2024 15:19
Agentlik Təchizat və satınalma şöbəsinə mütəxəssis vakansiyasını elan edir
11 Mart 2024 15:18
Agentlik Təchizat və satınalma şöbəsinə məsləhətçisi vakansiyası elan edir
11 Mart 2024 15:16
Agentlik Səhiyyə iqtisadiyyatı şöbəsinə vakansiya elan edir
05 Mart 2024 17:30
Agentlik Təsərrüfat və texniki xidmət şöbəsinə vakansiya elan edir
29 Fevral 2024 10:00
Agentlik qrafik dizayner vakansiyası elan edir
28 Fevral 2024 17:54