Yerləşdirilmə tarixi: 10.05.2022
Son müraciət tarixi: 25.05.2022

TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakant yer elan edilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin  (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Region və rayonlar üzrə sağlamlıq meyarlarını qiymətləndirərək problemləri və prioritetləri müəyyənləşdirmək;

  • Regionlar və rayonlar üzrə ehtiyac duyulan ASM sayını, yerləşmələrini və orada işləyəcək ailə həkimləri və digər personal sayı  barədə  rəhbərliyə tövsiyələrini bildirmək.  

  • Bölgədəki ümumi xəstəlikləri müəyyənləşdirmək, qarşısının alınması üçün proqramlar hazırlamaq və həyata keçirmək və ya bölgədəki səhiyyə müəssisələri və digər qurumlarla əməkdaşlıq edərək icrasını təmin etmək.

  • Bölgədəki ümumi xəstəlikləri müəyyənləşdirmək, qarşısının alınması üçün proqramlar hazırlamaq və həyata keçirmək və ya bölgədəki səhiyyə müəssisələri və digər qurumlarla əməkdaşlıq edərək icrasını təmin etmək.

  • Kadrların peşə ixtisaslarının artırılması üçün şərait yaratmaq, personalın ixtisasartırma planını həyata keçirmək; ailə həkimi və ailə sağlamlığı işçilərinin təlimlərinin planlaşdırılmasına və həyata keçirilməsinə nəzarət etmək;

  • Müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək;

  • İSX  müəssisələrinin fəaliyyətini struktur bölmələri üzrə müntəzəm olaraq planlı və növbədən kənar ziyarət etmək, izləmək və qiymətləndirmək;

  • Rəhbərlik tərəfindən verilən digər vəzifələri yerinə yetirmək və təlimata uyğun xidmətlər göstərmək.

Vəzifəyə dair tələblər:

  • Ali tibb təhsili – (Rezidentura və ya ali internatura təhsili üstünlükdür);

  • Tibb sahəsində həm klinik / diaqnostik, həm də idarəetmə təcrübəsi olmaqla ən az 4 ildən az olmayaraq ümumi əmək stajlı (Rezidentura təcrübəsi klinik təcrübə olaraq qəbul olunur) olmalıdır;

  • Səhiyyə xidmətinin proqrammatik təşkilində praktiki təcrübəli olmalıdır;

  • Beynəlxalq təcrübələrinin tətbiqində təşəbbüslü və praktikası olmalıdır;

  •    Lazım gəldikdə ezamiyyələrə hazır olmalıdır;

  • Qanunvericilik bilikləri üzrə bilməlidir - Azərbaycan Respublikasının səhiyyə qanunvericiliyi və digər normativ hüquqi aktları, səhiyyənin təşkilinin nəzəri əsaslarını, səhiyyədə əməyin idarə edilməsi və təşkili sistemini, əhalinin sağlamlıq vəziyyətinin statistikasını və əhalinin sağlamlıq vəziyyətini xarakterizə edən meyar və göstəriciləri, etik davranış qaydalarının, tibbi etikanın əsaslarını, tibbi sığortanın əsaslarını;

  • Rus və ingilis dil biliyi yaxşı;

  • Kompyuter bilikləri – word – sərbəst, excell – orta, powerpoint – orta;

  • Tələb olunan sertifikatlar – tibb və idarəçilik üzrə arzuolunandır;

  • Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər -  işlərin sistem şəklində qurulmasında motivasiyalı, həm müstəqil həm də komanda şəklində işləmək bacarıqlı, rəsmi sənəd tərtibatında təcrübəli və bacarıqlı, idarəetmə və mentorluq təcrübəli;

  • Məsuliyyətlilik;

  • Peşə və ixtisası üzrə geniş nəzəri və praktik biliyə sahib olması;

  • Güclü analitika və problemi təhlil etmə bacarığı;

  • Dəqiqlik;

  • Müstəqil və komandada işləmə bacarığı.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 25.05.2022-ci il;

  • CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;

  • Göstərilən tələblərə cavab verən namizədlərdən nümunəvi formaya uyğun CV-lərini mövzu yerinə “İlkin səhiyyə xidmətinin təşkili şöbəsinə məsləhətçi” yazaraq göndərmələri xahiş olunur;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

 

 

Zəng sifariş et