09 Avqust 2019 10:59

2019-cu ilin yeddi ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1837 vətəndaş müraciəti daxil olmuşdur

Müraciətlərin 802-i ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 1035-i telefon vasitəsilə edilib. İyul ayı ərzində daxil olmuş vətəndaş müraciətlərinin sayı 318 təşkil etmişdir.

Müraciətlər əsasən icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarının sakinləri tərəfindən edilmişdir.

Agentlik tərəfindən hər bir müraciətə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir.

Hesabat dövrü ərzində daxil olmuş müraciətlərin 18,3 %-i (337) həll edilmiş, 75,7%-nə (1390) müvafiq izahat verilmiş, 4,1%-i (75) icrada olmuş, 0,5%-i (9) əsassız sayılmış, 0,5%-i (9) baxılmamış saxlanılmış, 0,9%-i (17) baxılması üçün aidiyyəti təşkilata göndərilmişdir.

Müraciətlər aşağıdakı mövzularda olmuşdur:

Müraciətlərin qısa məzmunu

Müraciətlərin sayı

Müayinə və müalicə

298

Əlillik məsələləri

236

Cərrahi əməliyyatlar

214

İTS-nin tətbiqi və sığortahaqları

140

İşə qəbul və əmək münasibətləri

170

Tibbi sərf, vaksin və dərman təminatı

125

Göndərişlərin verilməsi

120

Tibbi xidmətlərlə bağlı ödənişlər

112

Süni mayalanma

20

Digər

402

Cəmi

1837

Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən qəbul edilən vətəndaşların sayı 152 olub. Onlardan 16,4%-i (25) həll edilmiş, 82,9%-nə (126) müvafiq izahat verilmiş, 0,7%-i (1)-i əsassız hesab edilmişdir. Qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, işlə təmin olunma, müayinə, müalicə, cərrahiyə əməliyyatı və dərman təminatı ilə əlaqədar olmuşdur.

Zəng sifariş et