Yerləşdirilmə tarixi: 12.12.2022
Son müraciət tarixi: 26.12.2022

Agentlik İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə mütəxəssis/məsləhətçi üzrə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);

  • Tibb sahəsində və Xəstəxana İdarəetmə Sistemlərinin istifadəsi ilə bağlı minimum 1 il iş təcrübəsi (ESD, JİRA sistemləri ilə iş təcrübəsi üstünlükdür);

  • Ölkədaxili mütəmadi ezamiyyələrə açıq olmaq;

  • Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis dili biliyinin olması üstünlükdür);

  • Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;

  • Microsoft Office üzrə ilkin biliklər;

  • Problem həll etmə və ünsiyyət bacarığı;

  • Təqdimat bacarığı;

  • Operativlik və dəqiqlik.

Görəcəyiniz işlər:

  • İcrasında olan sorğuları həll etmək, mümkün olmadıqda həlli istiqamətində müvafiq icraçıya yönləndirmək;

  • Sorğunun icrası ilə bağlı yekun nəticə əldə etmək və sorğunun bağlanması üçün addımları koordinasiyalı şəkildə izləmək;

  • Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərlə mütəmadi olaraq əlaqədə olmaq, mövcud problemlərin həlli istiqamətində dəstək göstərmək;

  • Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək, ehtiyac yarandığı təqdirdə proqram təminatının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;

  • Daxil olan rəsmi məktubları cavablandırmaq.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 26.12.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Zəng sifariş et