Yerləşdirilmə tarixi: 04.09.2024
Son müraciət tarixi: 15.09.2024
Agentlik şöbə müdiri vakanskiyası elan edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri vakansiyası elan edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.
Biz nə təklif edirik:
Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
Karyera irəliləyişlərində yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
Ali tibb təhsili (müalicə işi və pediatriya);
Tibbi sığorta sahəsində rəhbər pozisiyada 3-5 il iş təcrübəsi;
Xəstəxana idarəetmə və ekspertiza proqramlarında təcrübə üstünlükdür;
Fəaliyyət istiqaməti ilə əlaqədar ezamiyyələrə göndərilməyə uyğun;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
Ofis proqramları üzrə biliklər;
İnduktiv və analtiki təhlil;
Ünsiyyət və komandanın idarəedilməsi bacarığı;
Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi prosesinin idarə edilməsi;
Tibbi-iqtisadi ekspertiza sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi;
Tələb olunan analitik təhlillərin aparılması;
Risklərin azaldılması istiqamətində təkliflərin verilməsi;
Tibbi-iqtisadi ekspertiza qaydalarının təkmilləşdirilməsi və proseslərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi.
Əlavə məlumatlar:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00;
İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
Vakansiyaya son müraciət tarixi: 15.09.2024-cü il;
CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;
Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
Agentlik Çağrı mərkəzinə vakansiya elan edir
09 Sentyabr 2024 15:17
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
04 Sentyabr 2024 14:33
Agentlik Analitika və risklərin idarəolunması şöbəsinə vakansiya elan edir
03 Sentyabr 2024 16:26
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
26 Avqust 2024 15:48
Agentlik Layihələrin idarəolunması şöbəsinə vakansiya elan edir
15 Avqust 2024 11:25
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi anbardar vakansiyası elan edir
13 Avqust 2024 17:41
Agentlik Hesabatlılıq şöbəsinin müdiri üzrə vakansiya elan edir
30 İyul 2024 11:49
Agentlik Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
18 İyul 2024 10:00
Agentlik Özəl tibb müəssisələrinin ekspertizası şöbəsinə vakansiya elan edir
11 İyul 2024 10:18
Agentlik Dərman və tibbi vasitələr şöbəsinin baş məsləhətçisi vakansiyası elan edir
04 İyul 2024 15:40