19 Апреля 2024 09:45
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
Böyrəyin çıxarılması əməliyyatı nefrektomiya adlanır. Nefrektomiya icbari tibbi sığorta təminatına daxildir. Bu əməliyyat açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, pasiyentin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir.
2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəvi çıxarılması ilə bağlı 3359 əməliyyat icra olunub.
Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması, böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və s. kimi patologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər. Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda, həyatı təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqda və böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyin olunur.
Əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəs müayinəsi, böyrəklərin kömpüter tomoqrafiyası və digər müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır.
Sözügedən tibbi xidmətlə bağlı reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir. Bundan başqa yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin pasiyentin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir.
Nefrektomiya əməliyyatından sonra qalmış böyrəyin funksionallığını qiymətləndirmək üçün pasiyent mütəmadi olaraq uroloq tərəfindən müayinə olunmalıdır.
Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında icra olunur. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
Новости
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
16 Мая 2024 14:37
Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
13 Мая 2024 11:41
Agentlik Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək
06 Мая 2024 17:59
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Апреля 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Апреля 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Апреля 2024 10:52
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Апреля 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Апреля 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Апреля 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Марта 2024 15:00