25 İyul 2018 11:48
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yeni elektron xidmət istifadəyə verib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən – “Laboratoriya analizlərinin nəticələri” adlı yeni elektron xidmət istifadəyə verilib.
Yeni elektron xidmət şəffaflığı, coğrafi məkandan asılı olmayaraq laborator müayinə nəticələrinə əlçatanlığı təmin etmək, vətəndaşların növbələrdə analiz cavablarını gözləməsi hallarını azaltmaq, bununla da əhalinin rahatlığını təmin etmək məqsədilə yaradılıb. Bu xidmət vətəndaşlar üçün vaxt itirmədən və kağız daşıyıcıdan istifadə etmədən laboratoriya analizlərinin nəticələrini öyrənmək imkanı yaradır.
Laboratoriya analizlərinin nəticələrini elektron xidmət vasitəsilə əldə etmək üçün vətəndaşa xəstəxana (Mingəçevir şəhər Mərkəzi Xəstəxanası/Yevlax rayon Mərkəzi Xəstəxanası) tərəfindən “Nümunə nömrəsi” və “Xəstə ID”-si qeyd olunan yarlıq (etiket) verilir.
Yeni elektron xidmətdən istifadə etmək üçün İTSDA-nın rəsmi its.gov.az saytında “E-xidmətlər” bölməsinin “Laboratoriya analizlərinin nəticələri” altbölməsini seçmək və yaxud bu linkə daxil olmaq olar. Ehtiyac olarsa vətəndaşlar elektron xidmət vasitəsilə laboratoriya analizlərinin nəticələrini çap funksiyasından istifadə edərək əldə edə bilərlər.
Pilot ərazilərin sakinlərini yeni elektron sistem haqqında maarifləndirmək məqsədilə onlara məlumat vərəqələrinin paylanılması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə - Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında rəsmi qeydiyyatda olan şəxslər baza zərfinə daxil olan 459 sayda laborator xidmətdən ödənişsiz istifadə edirlər.
Ağdaş rayon Mərkəzi Xəstəxanasında yeni elektron xidmətin tətbiqi şəbəkə və infrastrukturun tam qurulmasından sonra nəzərdə tutulur.
Xəbərlər
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Aprel 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Aprel 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Aprel 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Aprel 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Aprel 2024 17:53
İcbari tibbi sığorta ilə transfuzioloji yardım təkmilləşdirilir
01 Aprel 2024 11:56
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
29 Mart 2024 15:00
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
18 Mart 2024 12:40
Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12 Mart 2024 12:23
İcbari tibbi sığorta üzrə xidmətlərin göstərildiyi Liv Bona Dea Hospitalına media-tur təşkil edilib
06 Mart 2024 17:00