06 May 2016 11:07

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssislərinin Əbu-Dabiyə səfəri başa çatıb

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mütəxəssisləri Əbu-Dabidən səfərdən qayıdıblar. Agentliyin direktoru Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 1-dən 3-nə kimi Almaniyanın “Munich Health and Daman Holding” şirkətinin dəvəti ilə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində olublar.

Nümayəndə heyəti Almaniyadan olan mütəxəssislərin texniki dəstəyi ilə Əbu-Dabi şəhərində qurulmuş tibbi sığorta sistemi, xüsusilə sistemin ümumi təşkili, tibbi xidmətlərin göstərilməsi və tibbi sığortanın tətbiqində informasiya texnologiyalarının tətbiqi və mövcud monitorinq mexanizmləri ilə tanış olublar, müvafiq dövlət və qeyri-dövlət qurumları ilə rəsmi görüşlər keçiriblər.

Zəng sifariş et