24 Yanvar 2020 16:54

“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçiriləcək

30 yanvar 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Hilton" otelinin “Ametist” zalında saat 10:00-13:00-da “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirəcək.

Təlimdə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sığorta haqqı, xidmətlər zərfi və müştərək maliyyələşmə məbləği,  səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiqi, tibb müəssisələrinin və tibb işçilərinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı haqqında təqdimatlar ediləcək. 

Təlimdə iştirak etmək istəyən KİV nümayəndələri 27 yanvar 2020-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Bunun üçün KİV nümayəndələrinin press@its.gov.az elektron poçt ünvanına iştirakla bağlı təsdiq məktubu göndərməsi mütləqdir. Məktubda KİV nümayəndəsinin adı və soyadı, təmsil etdiyi qurumun adı qeyd olunmalıdır. Təlimdə 50 KİV nümayəndəsinin iştirakı nəzərdə tutulub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə nömrəsi: +99412 310 07 70

Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əlaqə nömrəsi: 050 203 20 72

Zəng sifariş et