24 Yanvar 2020 16:54
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçiriləcək
30 yanvar 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Hilton" otelinin “Ametist” zalında saat 10:00-13:00-da “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirəcək.
Təlimdə icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi və sığorta haqqı, xidmətlər zərfi və müştərək maliyyələşmə məbləği, səhiyyə işçilərinin əməkhaqlarına əlavələrin tətbiqi, tibb müəssisələrinin və tibb işçilərinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığı haqqında təqdimatlar ediləcək.
Təlimdə iştirak etmək istəyən KİV nümayəndələri 27 yanvar 2020-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Bunun üçün KİV nümayəndələrinin press@its.gov.az elektron poçt ünvanına iştirakla bağlı təsdiq məktubu göndərməsi mütləqdir. Məktubda KİV nümayəndəsinin adı və soyadı, təmsil etdiyi qurumun adı qeyd olunmalıdır. Təlimdə 50 KİV nümayəndəsinin iştirakı nəzərdə tutulub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əlaqə nömrəsi: +99412 310 07 70
Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin əlaqə nömrəsi: 050 203 20 72
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00