08 Сентября 2016 11:55
Mingəçevir şəhəri və Yevlax rayonu pilot ərazilər olaraq seçildi
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aparılmış araşdırmalar və əlaqədar dövlət qurumları ilə müzakirələr nəticəsində Mingəçevir şəhərini və Yevlax rayonunu icbari tibbi sığortanın tətbiqi üçün pilot ərazilər olaraq seçib. Pilot ərazilərin müəyyən edilməsi zamanı ərazilərin demoqrafik göstəriciləri, o cümlədən uşaqların, pensiyaçıların və iqtisadi fəal əhalinin sayı, mövcud tibbi xidmət şəbəkəsi və tibb müəssisələrinin (xüsusilə də xəstəxanaların) maddi-texniki vəziyyəti, tibbi personalla təchizatı, dövlət büdcəsindən ayrılan səhiyyə xərcləri nəzərə alınmışdır.
Rayon və şəhərin tibbi xidmət infrastrukturu və tibbi xidmətin təşkilində müəyyən fərqlər olduğundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həm şəhər, həm də rayon tipli ərazidə pilot layihənin tətbiqini sınaqdan keçirəcək.
Bununla əlaqədar olaraq, Agentlik pilot ərazilərdə yaşayan əhalinin və tibb ictimaiyyətinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədilə icbari tibbi sığortanın tətbiqi istiqamətində yerlərdə hazırlıq işlərinə başlayıb.
Qeyd edək ki, pilot layihənin həyata keçirilməsinin məqsədi əhalini və tibb müəssisələrini icbari tibbi sığorta sisteminə keçidə hazırlamaq, tibbi xidmətin maliyyələşməsində yeni mexanizmlərin tətbiqini sınaqdan keçirməkdir.
Новости
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 Июля 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 Июля 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 Июля 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 Июля 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla icra olunur
01 Июля 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 Июня 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 Июня 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 Июня 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 Июня 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 Июня 2024 14:49