09 Февраля 2024 11:17
Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 11 771 vətəndaş müraciəti daxil olub
2023-cü il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 11 771 vətəndaş müraciəti daxil olub. 4667 müraciət vətəndaşlar tərəfindən birbaşa olaraq Agentliyə edilib. Müvafiq dövlət qurumlarından baxılması üçün Agentliyə yönləndirilən vətəndaş müraciətlərinin sayı isə 7104 təşkil edib. Müraciətlər əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Bərdə, Sabirabad və Cəlilabad rayonlarının sakinlərindən daxil olub.
Daxil olan müraciətlərin 5556-sı müayinə və müalicə, 3186-sı əlillik məsələləri, 1466-sı işə qəbul və əmək münasibətləri, 640-ı dərman vasitələri və tibbi sərflə təminat, 923-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 7961 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular icbari tibbi sığorta çərçivəsində təminata alınan yeni tibbi xidmətlər (orqan transplantasiyası, ürək əməliyyatları və s.), göndərişlərin verilməsi qaydası, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları, tibb işçilərinin əməkhaqlarının artırılması və s. mövzularla bağlı olub.
Qeyd edək ki, vətəndaşlar Agentliyin rəsmi internet səhifəsi üzərindən (https://its.gov.az) də quruma elektron qaydada müraciət edə bilirlər. Ötən il ərzində Agentliyin saytı vasitəsilə 9880 müraciət daxil olub.
Bundan başqa, qeyd edilən müddət ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri tərəfindən 2709 vətəndaş qəbul edilib. Onlardan 444 nəfər Sumqayıt, Mingəçevir, Gəncə, Lənkəran, Şirvan, Şəki şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Yevlax, Ağdaş, Qubadlı, Beyləqan, Füzuli, Xocavənd, Qəbələ, Oğuz, İsmayıllı, Samux, Kəlbəcər, Qax, Qazax, Tovuz, Ağstafa, Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Lerik, Astara, Quba və Qusar rayon sakinləri olaraq Agentliyin İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Məlumat üçün bildirək ki, səyyar qəbullar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq təşkil edilib.
Новости
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 Июля 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 Июля 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 Июля 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 Июля 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla icra olunur
01 Июля 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 Июня 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 Июня 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 Июня 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 Июня 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 Июня 2024 14:49