01 Oktyabr 2021 11:45

TİKA-nın Azərbaycana yeni təyin olunmuş Koordinatoru ilə görüş keçirilib

1 oktyabr 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev  və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycana yeni təyin olunmuş Koordinatoru Fatih Yılmaz arasında görüş keçirilib. Görüşdə həmçinin Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev iştirak edib. 

Agentliyin İdarə Heyətinin sədri Z.Əliyev yeni vəzifəyə təyin olunması münasibətilə F.Yılmazı təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Tədbirdə səhiyyə sahəsində fikir mübadiləsi aparılıb və  gələcək əməkdaşlıq imkanları müzakirə olunub. 

Zəng sifariş et