18 Марта 2024 12:40
Təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan verən yeni ambulanslar alınıb
16 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev məlumat verib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın İveco Daily 35S15/E4 markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-sı sadə differensiallı, 3-ü psixiatrik, 20-si reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.
Avtomobillər xəstə tibb müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib. Avtomobillərin komplektasiyası ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.
Reanimobillər nəzarət monitoru, elektrokardioqraf, defibilyator, süni tənəffüs və ventilyasiya cihazı, injektomat, infuzomat, portativ аspirator, oksimetr, tonometr, oksigen balonu və reanimasiya tədbirlərinin icrası üçün digər zəruri təchizatla təmin edilib.
Perinatal küvəzli təcili tibbi yardım avtomobilləri tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.
Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb. Özünə və ətrafdakılara zərər verməyə meyilli aqressiv şəxslərin daşınması üçün operativ nəqliyyat vasitələri dəmir barmaqlıqlarla təchiz olunub.
Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla dəstləşib. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitlələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.
Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb. Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər bundan sonra da davam edəcək.
Qeyd edək ki, avtomobillərin bölgüsü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “Dövlət Şəhərsalma Norma və Qaydaları. Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” normalarına əsasən aparılacaq.
Новости
İcbari tibbi sığorta ilə 182 000-dən artıq doğuş aparılıb
16 Июля 2024 11:10
Diz oynağının endoprotezləşməsində İsveçrə istehsalı protezlərdən istifadə olunur
12 Июля 2024 10:42
Kəskin orta otitin cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
09 Июля 2024 11:11
Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir
05 Июля 2024 10:25
İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla icra olunur
01 Июля 2024 15:18
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Yaponiyaya işgüzar səfər edib
28 Июня 2024 10:51
İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub
24 Июня 2024 14:52
Zaur Əliyev Goranboy şəhərində vətəndaşları qəbul edib
21 Июня 2024 17:00
İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatını qarşılayır
21 Июня 2024 10:57
Agentlik, TƏBİB və Ankara Universiteti üçtərəfli anlaşma memorandumu imzaladı
14 Июня 2024 14:49