30 İyun 2020 17:30

“Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda onlayn təlim keçiriləcək

KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) və Yönse Universiteti “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda onlayn təlim təşkil edir.

Təlimin keçirilməsində məqsəd COVID-19 test dəstinin düzgün və təhlükəsiz istifadəsilə bağlı tibb işçilərinin bilik və bacarıqlarını təkmilləşdirməkdir.  

14 iyul – 27 iyul 2020 tarixlərində keçiriləcək onlayn təlim proqramı 8 moduldan ibarətdir və 12 video çarx vasitəsilə təqdim olunacaqdır. Proqramda (təlimin proqramı ilə səhifənin sonunda tanış olmaq olar) COVID-19-la bağlı infeksiyaya nəzarət, diaqnostik testlər və müalicə üsulları kimi mövzularla bağlı Koreya təcrübəsinə dair məlumatlar əhatə olunacaqdır.

Təlim kursu bütün tibb işçiləri üçün açıqdır. 

TƏLİMƏ QATILMAQ ÜÇÜN AŞAĞIDAKI KEÇİDLƏRDƏN İSTİFADƏ OLUNMALIDIR:

FACEBOOK: KOICA-Yonsei: COVID-19 Program
https://bit.ly/KOICA-YONSEI-FB  və ya  https://www.facebook.com/KOICAYonsei-Covid-19-Program-104944051265285

YONSEI: COVID-19 Program
https://bit.ly/KOICA-YONSEI-YOUTUBE və ya https://www.youtube.com/channel/UCKC0cTuRte9HH5DA3S9W0jg


Təlim subtitrlər vasitəsilə 4 dilə tərcümə olunacaqdır: ingilis, ispan, fransız, ərəb. Subtitrləri izləmək  üçün ekranın aşağı sağ küncündə “CC” işarəsinə tıklamaq lazımdır.

SERTİFİKAT ƏLDƏ ETMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ: 

KOICA-nın rəsmi  sertifikatını əldə etmək üçün aşağıda sadalanan addımları əməl etmək vacibdir:

1.    İştirak üçün anket formasını ingilis dilində və elektron şəkildə doldurub shasanova@its.gov.az ünvanına göndərmək. Son tarix: 5 iyul 2020 
2.    Pre-test suallarını cavablandırmaq. Son tarix: 14 iyul 2020
3.    Proqramı tamamlamaq: 12 video çarxa tamaşa etmək. Son tarix: 27 iyul 2020
4.    Post-test suallarını cavablandırmaq. Son tarix: 31 iyul 2020
5.    Təlimin qiymətləndirilməsi üzrə sorğunu cavablandırmaq. Son tarix: 31 iyul 2020
6.    Facebook və ya YouTube portalında təlimə dair 3 şərh yazmaq. 31 iyul 2020 tarixinə qədər:

QEYD:
•    Pre-test, post-test və təlimin qiymətləndirilməsinə dair sorğuya keçidlər iştirakçılara email vasitəsilə göndəriləcək.
•    Sertifikat 5 avqust 2020-ci il tarixində göndəriləcək
•    Sertifikatın verilməsində COVİD-2019-la mübarizədə iştirak edən şəxslərə üstünlük veriləcəkdir.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+994 12) 499 72 14 

Zəng sifariş et