30 İyun 2020 17:30
“Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda onlayn təlim keçiriləcək
KOICA (Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi) və Yönse Universiteti “Tibb mütəxəssislərinin infeksion xəstəliklər üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi: COVID-19 test dəstinin istifadəsi” mövzusunda onlayn təlim təşkil edir.
Təlimin keçirilməsində məqsəd COVID-19 test dəstinin düzgün və təhlükəsiz istifadəsilə bağlı tibb işçilərinin bilik və bacarıqlarını təkmilləşdirməkdir.
14 iyul – 27 iyul 2020 tarixlərində keçiriləcək onlayn təlim proqramı 8 moduldan ibarətdir və 12 video çarx vasitəsilə təqdim olunacaqdır. Proqramda (təlimin proqramı ilə səhifənin sonunda tanış olmaq olar) COVID-19-la bağlı infeksiyaya nəzarət, diaqnostik testlər və müalicə üsulları kimi mövzularla bağlı Koreya təcrübəsinə dair məlumatlar əhatə olunacaqdır.
Təlim kursu bütün tibb işçiləri üçün açıqdır.
TƏLİMƏ QATILMAQ ÜÇÜN AŞAĞIDAKI KEÇİDLƏRDƏN İSTİFADƏ OLUNMALIDIR:
FACEBOOK: KOICA-Yonsei: COVID-19 Program
https://bit.ly/KOICA-YONSEI-FB və ya https://www.facebook.com/KOICAYonsei-Covid-19-Program-104944051265285
YONSEI: COVID-19 Program
https://bit.ly/KOICA-YONSEI-YOUTUBE və ya https://www.youtube.com/channel/UCKC0cTuRte9HH5DA3S9W0jg
Təlim subtitrlər vasitəsilə 4 dilə tərcümə olunacaqdır: ingilis, ispan, fransız, ərəb. Subtitrləri izləmək üçün ekranın aşağı sağ küncündə “CC” işarəsinə tıklamaq lazımdır.
SERTİFİKAT ƏLDƏ ETMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ:
KOICA-nın rəsmi sertifikatını əldə etmək üçün aşağıda sadalanan addımları əməl etmək vacibdir:
1. İştirak üçün anket formasını ingilis dilində və elektron şəkildə doldurub shasanova@its.gov.az ünvanına göndərmək. Son tarix: 5 iyul 2020
2. Pre-test suallarını cavablandırmaq. Son tarix: 14 iyul 2020
3. Proqramı tamamlamaq: 12 video çarxa tamaşa etmək. Son tarix: 27 iyul 2020
4. Post-test suallarını cavablandırmaq. Son tarix: 31 iyul 2020
5. Təlimin qiymətləndirilməsi üzrə sorğunu cavablandırmaq. Son tarix: 31 iyul 2020
6. Facebook və ya YouTube portalında təlimə dair 3 şərh yazmaq. 31 iyul 2020 tarixinə qədər:
QEYD:
• Pre-test, post-test və təlimin qiymətləndirilməsinə dair sorğuya keçidlər iştirakçılara email vasitəsilə göndəriləcək.
• Sertifikat 5 avqust 2020-ci il tarixində göndəriləcək
• Sertifikatın verilməsində COVİD-2019-la mübarizədə iştirak edən şəxslərə üstünlük veriləcəkdir.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (+994 12) 499 72 14
Elanlar
Gəncə şəhərində uzman həkimlərin uşaqlar üçün səyyar qəbulu keçiriləcək
15 İyul 2024 11:15
Zaur Əliyev Şəki rayonunda vətəndaşları qəbul edəcək
04 İyul 2024 16:15
Zaur Əliyev Goranboy rayonunda vətəndaşları qəbul edəcək
07 İyun 2024 09:00
Zaur Əliyev Göyçay şəhərində vətəndaşları qəbul edəcək
29 Aprel 2024 15:49
Zaur Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək
15 Aprel 2024 09:16
Zaur Əliyev Kürdəmir şəhərində vətəndaş qəbul edəcək
28 Fevral 2024 16:00
Zaur Əliyev Abşeron rayonunda vətəndaşları qəbul edəcək
30 Yanvar 2024 15:00
Zaur Əliyev Neftçala rayonunda vətəndaşları qəbul edəcək
07 Yanvar 2024 12:00
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edəcək
28 Noyabr 2023 12:30
Agentliyin İdarə Heyətinin sədri Quba rayonunda vətəndaşları qəbul edəcək
01 Noyabr 2023 17:00