29 Марта 2024 15:00
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev martın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında Kürdəmir və Zərdab rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Abşeron rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Göyçay filialı rəhbərinin və Kürdəmir, Zərdab, Ucar, Göyçay rayon Mərkəzi Xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 19 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, icbari tibbi sığorta ilə göstərilən tibbi xidmətlər, əlillik məsələləri, təmir-tikinti, iş və əmək münasibətləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Новости
Agentliyin nümayəndə heyəti Serbiyada səfərdədir
17 Мая 2024 15:40
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
16 Мая 2024 14:37
Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
13 Мая 2024 11:41
Agentlik Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək
06 Мая 2024 17:59
Müddətli həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı pilot layihəyə start verilir
30 Апреля 2024 12:15
İlkin səhiyyə xidməti təkmilləşdirilir
24 Апреля 2024 10:15
Zaur Əliyev Daşkəsən rayonunda vətəndaşları qəbul edib
22 Апреля 2024 10:52
Böyrəyin çıxarılması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır
19 Апреля 2024 09:45
Katarakta əməliyyatı zamanı Amerika istehsalı olan linzalar icbari tibbi sığorta ilə qarşılanır
16 Апреля 2024 10:30
Agentlik tərəfindən 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib
05 Апреля 2024 17:53