22 Декабря 2023 16:57

Zaur Əliyev Şirvanda vətəndaşları qəbul edib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 22-də Şirvan Rayon Mərkəzi  Xəstəxanasında Şirvan və Hacıqabul rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Şirvan filialının rəhbərinin, Şirvan və Hacıqabul rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 18 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən  müayinə-müalicə, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər, əlillik məsələləri, iş və əmək münasibətləri, təmir və təchizat məsələləri haqqında olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Заказать звонок