23 May 2019 16:35

Yevlax rayonu ərazisində baş vermiş ağır-yol nəqliyyat hadisəsi ilə bağlı açıqlama-Yenilənib

23 may 2019-cu il tarixində səhər radələrində Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb. Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır.

*****

Qəza nəticəsində qapalı kəllə-beyin travması almış şəxsin vəziyyətini qiymətləndirmək üçün o Yevlax Rayon Mərkəzi Xəstəxanasında kompüter tomoqrafiyasından keçirilmişdir və vəziyyətinin ağırlığı nəzərə alınaraq reanimasiya şöbəsinə yerləşdirilmişdir.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan 2 nəfər artıq evə buraxılıb.

Zəng sifariş et