Official website links end with .gov.az.
Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websitesSecure websites use HTTPS
As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.30.05.2025, 13:15
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 20 iyun 2025-ci il tarixində Mingəçevir şəhər və Yevlax rayon sakinlərini qəbul edəcək.
Qəbul Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 12 ünvanında yerləşən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında saat 10:00-da başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Mingəçevir şəhər və Yevlax rayon mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də Agentliyin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin www.its.gov.az rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanZaur ına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 19 iyun 2025-ci il, saat 17:00-da başa çatır. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər