Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Zaur Əliyev Qazax rayonunda vətəndaşları qəbul edəcək

29.07.2025, 11:10

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 29 avqust 2025-ci il tarixində Qazax, Ağstafa və Tovuz rayon sakinlərini qəbul edəcək.

Qəbul saat 10:00-dan başlayaraq "Qazax Rayon Mərkəzi Xəstəxanası"nda (Ünvan: Qazax şəhəri, Heydər Əliyev prospekti 76) baş tutacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə Qazax, Ağstafa və Tovuz rayon Mərkəzi xəstəxanalarının Ümumi şöbələrinə müraciət etməklə, eləcə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin rəsmi veb-saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.

Qəbula qeydiyyat 28 avqust 2025-ci il, saat 17:00-da başa çatır.  Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

Son xəbərlər

Zaur Əliyev Sabirad rayonunda vətəndaşları qəbul edəcək
27.11.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Göygöl şəhərində vətəndaşları qəbul edəcək
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
03.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Kürdəmir rayonunda vətəndaşları qəbul edəcək
01.09.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Oğuz rayonunda vətəndaşları qəbul edəcək
01.07.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edəcək
30.05.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edəcək
01.05.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyevin Ağcəbədi rayonundakı qəbulunun tarixi dəyişib
17.04.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edəcək
01.04.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyevin Abşeron rayonundakı qəbulunun tarixi dəyişib
12.03.2025
Ətraflı oxu arrow-right-blue