Official website links end with .gov.az.
Government institutions communicate via the .gov.az domain (e.g. my.gov.az) List of official websitesSecure websites use HTTPS
As an additional security measure, check for the lock icon or the https:// prefix in the URL bar. Share your sensitive information only on official and secure websites.03.03.2026, 15:16
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 18 mart 2026-cı il tarixində Kəlbəcər rayon sakinlərini qəbul edəcək.
Qəbul saat 10:00-da "Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası"nda (Ünvan: Kəlbəcər rayon Hərbi Hospitalı) baş tutacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə Kəlbəcər Rayon Mərkəzi xəstəxanasının ümumi şöbəsinə müraciət etməklə, eləcə də, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2108) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin rəsmi veb-saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud info@its.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Agentliyin səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciət etmələri və şəxsiyyəti təsdiq edən sənədlə birgə gəlmələri xahiş olunur. Müraciətini yazılı təqdim etmək istəyən vətəndaşların diqqətinə çatdırırıq ki, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir.
Qəbula qeydiyyat 17 mart 2026-cı il, saat 17:00-da başa çatır. Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.