15 Oktyabr 2018 10:27

Əhalinin sağlamlığının qorunmasında İcbari Tibbi Sığortanın rolu

İcbari Tibbi Sığortanın tətbiqi pilot ərazilərdə yaşayan əhalinin həyatında nəyi dəyişdi?
Bu il Azərbaycan səhiyyəsi 100 yaşını qeyd edib. İllər ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib, yeni və müasir xəstəxanalar, klinikalar inşa olunub. Sözsüz ki, səhiyyəmizin uğurlarından biri də dövlət başçısı İlham Əliyevin Fərmanı ilə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiq edilməsidir.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 15 fevral 2016-cı ildən fəaliyyət göstərir. Agentliyin məqsədi səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarla qurulmasını və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasını təmin etməklə yanaşı əhalinin sağlamlığının yaxşılaşdırılmasıdır. İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Mingəçevir şəhərini və Yevlax rayo­nunu icbari tibbi sığortanın tətbiqi üzrə pilot ərazilər seçib. İcbari Tibbi Sığorta Türkiyədə, Moldovada, Estoniyada, Gürcüstanda, Xorvatiyada və digər ölkələrdə uğurla tətbiq olunur. İlk olaraq əhalinin və tibb iş-çilərinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi və yeni maliyyələşmə sistemindən istifadəsini asanlaşdırmaq məqsədi ilə hazırlıq işləri görülüb, 2017-ci ilin fevral ayında sığortanın tətbiqinə başlanıb.
Qeyd etmək istəyirəm ki, Mingəçevir Mərkəzi Xəstəxanası prezident İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunduqdan sonra burada dünya standartlarına uyğun laboratoriya yaradılıb, xəstəxananın maddi-texniki bazası yaxşılaşıb, müasir avadanlıqlar quraşdırılıb. İTS dünya səhiyyəsində geniş yayılmış tibbi xidmət modelidir və həmrəyliyə əsaslanan sosial layihədir. Vətəndaşlar üçün tibbi xidmətin əlçatanlığını təmin etmək, xəstəxananın maddi-texniki bazasını möhkəmləndirmək, tibb personalının maddi vəziyyətini yaxşılaşdırmaq, vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək məqsədi ilə həyata keçirilən layihə uğurla icra olunur. Dövlət Agentliyinin direktoru Zaur Əliyevin sözləri ilə desək, İcbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsində islahatların həyata keçirilməsinin ayrılmaz tərkib hissəsidir. Bu həm də əhalinin sağlamlığının yaxşılaşması üçün səhiyyə sahəsinə ayrılan vəsaitin daha səmərəli istiqamətlənməsinə şərait yaradır.
Mingəçevir şəhər Mərkəzi Xəstə-xanasının publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bildirib ki, pilot layihənin tətbiqi tibbi xidmətin keyfiyyətini artırıb. Xəstəxanada LOR Kombayn, laporoskopik əməliyyat üçün dəst, 4D ultrasəs müayinə aparatı, Hamilton süni tənəffüs aparatı, monitorlar, sterelizator paketləmə aparatı, MQ aparatı, neonatologiya üçün küvezlər, "Beckman" markalaı laborator analizatorlar, proktoloji stolların alınması tibb xidmətinin keyfiyyətinin artırılmasına səbəb olub.
Pilot layihənin tətbiqi ərazidə yaşayan sakinlərin arasında ilk vaxtlar çaşqınlıq yaradıb. Şaiyələr, inamsızlıq, dedi-qodular zaman keçdikcə azalmağa başlayıb. İnsanlar icbari tibbi sığortanın xidmətinin keyfiyyətini təmənnasız müalicə kursları keçdikcə hiss etdilər, razılıq ifadələri artdı.
Sakinlərin sağlamlığının qorunması, maarifləndirilməsi və profilaktik müayinələrə cəlb edilməsi məqsədi ilə 2017-ci ilin oktyabr-dekabr aylarında ərazidə "Sabaha sağlam addımla" devizi altında keçiriliən sağlamlıq həftələrində 19651 nəfər iştirak edib.
Sağlam həyat tərzinin təbliği, maarifləndirilməsi, xəstəliklərin erkən aşkarlanması, ilkin səhiyyə xidmətləri, ailə həkimi institutunun inkişafı və möhkəmləndirilməsi məqsədli tibbi müayinələr Ailə Sağ-lamlıq Mərkəzlərində aparılmışdır.
Pilot layihə bir il səkkiz aydır həyata keçirilir. Sakinlər icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətlərindən-ilkin səhiyyə, ambulator, laborator, stasionar, müayinə-müalicə təminatı, cərrahi əməliyyatlar, yəni 1800-dən çox xid-mətlərindən ödənişsiz istifadə edir. Pilot ərazidə rəsmi qeydiyyatda olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfinə daxil olan xidmətdən istifadə müqabilində nə Agentliyə, nə də tibb müəssisəsinə vəsait ödəmir. Sığorta haqqı müvafiq qanunvericiliyə dəyişiklik edildikdən sonra toplanacaq. Dövlət əhalinin müəyyən təbəqəsinin icbari tibbi sığortasını təmin edəcək. Bu qrupa uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxil olacaq. İşləyən şəxslər özlərini, hətta ailə üzvlərini də tibbi sığorta edə biləcəklər.
Yaşı 70-i haqlamış Mingəçevir şəhər sakini Feyruz Ağayev deyir ki, 2017-ci ilin oktyabrında qəfildən halım pisləşdi. Məni xəstəxanaya apardılar. 10 gün xəstəxana şəraitində müalicə olundum. Həkimlərin və digər tibb personalının göstərdiyi qayğı, xüsusilə pulsuz müalicə kursu övladlarımı da sevindirdi. İndi özümü çox yaxşı hiss edirəm. Ölkə prezldentinin sərəncamı ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında pilot layihənin tətbiqi ürəyimcədir. Mən bu xidmətin bəhrəsini gördüm.
Halsızlıqdan, təngnəfəslikdən gileylənən şəhər sakini Xumar Məmmədova dəfələrlə Bakı və Gəncə şəhərlərində ultrasəs, rentgen müayinələrindən, müxtəlif analizlərdən keçsə də, xəstəliyinin diaqnozu tapılmayıb, əksinə, təyin olunan müalicə kurslarından sonra vəziyyəti pisləşib. İcbari tibbi sığortanın göndərişinə əsasən Gəncə şəhərində müayinə zamanı məlum olub ki, ciddi problemi var, "ürəyin işemik xəstəliyi, kəskin stenokardiya; açıq ürək əməliyyatı aparılmalıdır". Xanım deyir ki, əməliyyat uğurla keçdi. Ödənişsiz, həm də yüksək səviy- yəli xidmət. Mən ayrı-ayrı vaxtlarda da laborator analizlərdən, digər xidmətlərdən istifadə etmişəm. İcbari tibbi sığortanın Mingəçevirdə tətbiqi səhiyyəmizin uğuru, əhaliyə göstərilən yüksək dövlət qayğısıdır.
Qarabağ əlili İlham Həmidov erməni əsirliyində olub. 10 ildir davamlı olaraq müalicə kursları keçir. Mingəçevirdə pilot layihənin tətbiqi onun həyatını dəyişib: "Bütün müalicələrim pulsuz həyata keçirilir. İlin 7-8 ayını xəstəxanada keçirirəm. Bu yaxınlarda Bakı şəhərində 1400 manat dəyərində olan əməliyyat keçirdim. Əgər şəhəri-mizdə icbari tibbi sığorta tətbiq olunmasaydı, əməliyyatım baş tutmazdı. Göstərilən qayğıya görə, insanlara şəfa verən şərəfli peşə sa- hiblərinə, xüsusilə də icbari tibbi sığortanın tətbiqinin təşəbbüskar-larına, təşkilatçılarına minnətdaram. "
Ambulator və stasionar müalicə kursları qəbul edən Amalya Paşayeva, Kifayət Nəbiyeva, Əminə Şükürova, Hicran Məmmədova, Məmmədəli İsgəndərov, cərrahi əməliyyatlar keçirən Dilsuz Hacıyev, Səməd Səmədov, Solmaz Xəlilova, Əsli Hüseynova, Zərnişan Əliyeva, Gülqız Rəcəbova və bir çox başqaları yüksək xidmətdən razılıq edirlər.
Statistik məlumata görə ötən müddət ərzində 400 mindən çox vətəndaş Mingəçevir şəhər xəs-təxanasına müraciət eidb, 93 nəfərdən çox şəhər şakini açıq ürək əməliyyatı olunub, 220-dən artıq adama ürək stendi qoyulub. İllərlə həllini tapmayan problem həllini tapıb, 11 uşağın ürək əməliyyatı keçirilib. Həkimlər bilik və bacarıqlarını təkmilləşdirmək üçün ixtisasartırma kurslarında, təlimlərdə iştirak edir. Təbii ki, Mingəçevirdə mümkün olmayan müdaxilələr, həyati vacib əməliyyatlar Bakı və Gəncə şəhərlərində baş tutub. Bu səhiyyəmizin uğurudur, bu pilot ərazilərdə yaşayan sakin-lərin mən deyərdim uduşudur. Əməliyyatlar, müayinə və müalicə-lər, rentgen və digər ultrasəs aparatlarından keçirilmələr, hər birisi ödənişsiz. İcbari Tibbi Sığorta həm də korrupsiyanın qarşısını alıb, həkimlə xəstə arasında “pul” danışıqları aparılmır, bu insanların inam hissini artırır və sağlamlığına təminat verir.

Mətanət Məmmədova, Mingəçevir qəzeti

Zəng sifariş et