04 February 2021 10:16
Ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib
Ötən il səhiyyə işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və ölçülməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq edilib. Yeni Qaydanın tətbiqi nəticəsində 23 şəhər və rayonun səhiyyə işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilib. Nəticədə ötən il səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib. Bu rəqəm 2019-cu illə müqayisədə 43.52 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev icbari tibbi sığortanın 2020-ci il üzrə tətbiqi ilə bağlı fevralın 4-də keçirilən mətbuat konfransında deyib.
“Bu il icbari tibbi sığortanın tətbiqinə daha 36 inzibati ərazi qoşulub. Hazırda icbari tibbi sığortanın tətbiqi ölkənin 59 şəhər və rayonunu əhatə edir. 2021-ci ilin aprelindən etibarən 7 rayon və şəhərdə rəsmi qeydiyyatda olanlar xidmətlər zərfindən istifadə edəcəklər. Beləliklə də 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. Xüsusilə Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun sakinləri bu il aprelin 1-dən icbari tibbi sığortadan istifadə edəcəklər. Həmin ərazi vahidlərində icbari tibbi sığortanın tətbiq olunması məqsədilə ilkin səhiyyə xidmətinin gücləndirilməsi, tibb müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlər davam etdirilir”, - deyə Z.Əliyev diqqətə çatdırıb.
Media about us
Удалось ли обеспечить всех азербайджанцев доступом к медицине? В гостях у haqqin.az Председатель Правления Госагентства Заур Алиев
26 February 2024 18:02
Prezidentin 8 yaşlı əsəri - İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yoxdan möcüzə yaratdı...
17 February 2024 22:33
800 тысяч граждан Азербайджана прошли бесплатное обследование при помощи КТ и МРТ
10 February 2024 22:00
Zaur Əliyev: “Gələcəyə baxışımız ölkədə universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir”
02 February 2024 11:21
Трансплантация почки и печени. Сбор средств недопустим!
10 January 2024 16:44
Госагентство медстрахования выявило у детей и женщин недостаток витамина D
09 January 2024 15:58
Женщин в Азербайджане на выявление опухоли будут обследовать бесплатно
08 January 2024 13:42
ЛОР-операции в Азербайджане
07 January 2024 12:27
Государственное агентство медстрахования Азербайджана обеспокоено!
18 December 2023 13:42
“Azərbaycanda “Medinex-2023” sərgisi keçiriləcək”
03 November 2023 11:50