Loading...
Agentlik Çağrı mərkəzi xidməti şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Çağrı mərkəzi xidməti, Mütəxəssis/ Baş mütəxəssis vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.

Görəcəyiniz işlər:​​​​

  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Agentliyin Çağrı Mərkəzi vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi, və birbaşa cavablandırılması mümkün olmayan şifahi müraciətlərin cavablandırılmasının həyata keçirilməsi;

  • Müraciətlərin operativ, düzgün, tam, açıq cavablandırılmasının təmin olunması;

  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və
    sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;

  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;

  • Müraciət vərəqinin hazırlanması;

  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali tibbi sahə üzrə təhsil;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

  • MC Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür;

  • Dinləmək bacarığı;

  • Enerjili və yüksək fəaliyyət qabiliyyəti;

  • İntizamlılıq və tez öyrənmə bacarığı;

  • Məqsədyönlülük və əzmkarlıq;

  • Stressə qarşı davamlılıq.

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Zərifə Əliyeva küç. 93.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 05.02.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 


 

 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri