Loading...
Agentlik Layihələrinin idarəedilməsi şöbəsinə vakant yer elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnformasiya texnologiyaları idarəetmənin əsasları departamentinin Layihələrinin idarəedilməsi şöbəsinə mütəxəssis vəzifəsinə vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;

  • Layihələrin idarəedilməsi üzrə 1-3 il iş təcrübəsi;

  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;         

  • Layihə idarəetmə üzrə proqram təminatlarında işləmə bacarığı;

  • Agile təfəkkürü, Scrum metodologiyası sahəsində dərin biliklər;

  • Sürətlə inkişaf edən texnologiya mühitində idarəetmə ilə bağlı təcrübənin olması;

  • Komanda ilə işləmək bacarığı;

  • Nəticəyönümlülük və təqdimat bacarığı;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (ingilis dili yaxşı səviyyədə);

  • Project Management Professional (PMP) sertifikatı əlavə bir üstünlükdür.

Görəcəyiniz işlər:

  • Layihələrinin vahid mərkəzdən idarə edilməsi (Layihəni təyin etmək, təsvir etmək, başlamaq və sonadək izləmək);

  • İT Layihələr kataloqunun hazırlanması;

  • Vahid layihə idarəetmə prinsipinin hazırlanması, təkmilləşdirilməsi və yenilənməsi;

  • Layihə nəticələrin analizi;

  • Layihə üzrə risklərin analizi;

  • Layihələr ilə bağlı qabaqcadan uzunmüddətli (İllik və s.) fəaliyyət planlarının hazırlanması;

  • Layihələrin idarəedilməsinə dair sənədləşmə işlərinin görülməsi;

  • Layihələrin idarəedilməsinə dair effektivliyin analizi və keyfiyyətə nəzarət;

  • Layihələrinin büdcələrinin yaradılması, layihənin inkişafı və həyata keçirilməsi üçün resursların mövcud olduğundan əmin olmaq, zəruri hallarda resursların bölüşdürülməsi;

  • Layihə nizamnamələrinin, layihə planlarının və cədvəllərinin yaradılması;

  • Layihənin son tarixlərinin və qrafiklərinin izlənməsini həyata keçirmək, görüşlərin təşkili;

  • Mövcud və daxil olan İT Layihələrinin yenilənməsi;

  • Komandanın aktiv Layihə Yol Xəritəsini yeniləmək və ona nəzarət etmək, bütün aktiv layihə işlərinin vaxt qrafikini Biznesin Maraqlı Tərəflərilə bölüşmək;

  • Layihənin gedişatına, resursların mövcudluğuna və sairənin monitorinqini həyata keçirmək. Layihə üzrə ətraflı qeydlərin aparılması;

  • Komandanın bütün üzvlərini cari məlumatlarla daima xəbərdar etmək;

  • Növbəti mərhələyə keçməzdən əvvəl nəzərdən keçirilən hər hansı tövsiyə və ya narahatlıqların yerinə yetirildiyinə və ya həll olunduğuna əmin olmaq;

  • Strateji səviyyədə layihənin icrasının gedişatına nəzarət etmək;

  • Layihə ilə əlaqəli hər bir riski müəyyən edərək risklərin idarə edilməsi planının yaradılması;

  • Layihələr üçün KPI-ların yaradılması.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 03.04.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir[1] ;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

[1] Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri