Loading...
Agentlik Beynəlxalq təşkilatlarla iş şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Beynəlxalq əlaqələr departamentinin Beynəlxalq təşkilatlarla iş şöbəsinə məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Təhsil: Beynəlxalq münasibətlər, menecment ixtisası üzrə ali təhsil (ali tibb təhsili arzuolunandır);

  • Minimum 3 il iş təcrübəsi (1 il səhiyyə sahəsində iş təcrübəsi arzuolunandır);

  • Dil bilikləri: Azərbaycan (ana dili), ingilis dili (əla), rus dili (əla);

  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı;

  • Təmkinli, stresə davamlı, biznes etikaya riayət etmək bacarığı;

  • Ofis proqramları üzrə biliklər;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.

Görəcəyiniz işlər:

  • Beynəlxalq layihələrin planlanması, idarəedilməsi və layihələr üzrə hesabatların hazırlanması;

  • Səhiyyə sahəsində yerli və xarici tərəfdaşlarla əməkdaşlığın aparılması istiqamətində yazışmaların həyata keçirilməsi,

  • Xarici ölkələrlə ikitərəfli əməkdaşlığın aparılması istiqamətində işin təşkili və koordinasiyası;

  • Tibbi sığorta və səhiyyə sahəsi üzrə xarici tərəfdaşlarla danışıqların aparılması;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Lev Tolstoy küç.,170.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 07.10.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri