Loading...
Agentlik İT analitiklər şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İT analitiklər şöbəsinə kiçik mütəxəssis vakansiyası elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (kompüter elmləri, İT və ya əlaqəli ixtisas üzrə);

  • İT analitik və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi;

  • Verilənlər bazası, məlumat prosesləri, proqram arxitekturaları və məlumat təhlükəsizliyi haqqında biliklər;

  • Veb servisləri başa düşmək (REST, SOAP və s.);

  • SQL biliyi;

  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;

  • Araşdırma qabiliyyəti;

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;         

  • Problem həll etmə bacarığı;

  • Sənədləşmə bacarığı;

  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.

Görəcəyiniz işlər:

  • Tələblərin analitik təhlili (tələbin sistemləşdirilməsi, strukturlaşdırılması, optimal həllin tapılması) və texniki tapşırığın hazırlanması;

  • Tələbləri anlamaq üçün maraqlı tərəflər və ya Məhsul Sahibləri ilə əlaqə saxlamaq,

  • Funksional spesifikasiyaları hazırlamaq və təhlil etmək,

  • Mövcud İT sistemlərini, arxitekturalarını və proseslərini təhlil etmək,

  • Biznes üçün yeni İT metodlarının və həllərin hazırlanması,

  • Funksional analiz sənədlərinin hazırlanması,

  • Biznes və texnologiya ehtiyaclarını ödəmək üçün səmərəli İT sistemləri dizayn etmək,

  • Texnoloji həllər yaratmaq və tətbiq üçün tərtibatçıları əlaqələndirmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 27.03.2023-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

 

 

 


 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri