Loading...
Agentlik Sənədlərlə iş şöbəsinə vakansiya elan edir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sənədlərlə iş şöbəsinin kiçik mütəxəssisi vakansiyasını elan edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə yaradılmışdır.

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı;

  • İldə üç dəfə mükafat.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil;

  • 1 il vətəndaş müraciətləri və kargüzarlıq üzrə iş təcrübəsi üstünlükdür;

  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);

  • Ofis proqramları üzrə biliklər;

  • Ünsiyyət və təqdimat bacarığı;

  • Problem həlletmə bacarığı və konfliktlərin idarəedilməsi;

  • Komandada işləmə bacarığı.

Görəcəyiniz işlər:

  • Agentliyə gələn qonaqların girişdə yüksək səviyyədə qarşılanması, onların qeydiyyatının aparılması, məlumatlandırılması və istiqamətləndirilməsi;

  • Poçt göndərişlərinin siyahısı üzrə poçt xidməti tərəfindən hər ayın sonunda təqdim edilmiş hesabatlarda, qaimələrdə əks olunan məlumatların düzgünlüyünün yoxlanılması;

  • Zərurət olduqda xidməti sənədlərin surətinin çoxaldılması və ya çıxarılması, aidiyyəti struktur bölmələrə paylanılması;

  • Sənədlərin göndərilməsi və göndəriş reyestrlərinin hazırlanması;

  • Əvvəlcədən məlumat vermədən Agentliyə gələn şəxslərin gəliş məqsədinin öyrənilməsi və bu barədə Agentliyin aidiyyəti əməkdaşına ətraflı məlumat verilməsi;

  • Agentliyə daxil olan telefon zənglərinə cavab verilməsi, öz səlahiyyətləri çərçivəsində sorğuların cavablandırılması və ya zəngləri aidiyyəti üzrə əməkdaşlara yönləndirilməsi;

  • Müraciət edən şəxslərin qəbula yazılması və vətəndaş qəbulunun təşkilində iştirak edilməsi;

  • Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.

                                                                                                                      

Əlavə məlumatlar:

  • İş qrafiki: 5 günlük iş həftəsi (bazar ertəsi-cümə);

  • İş vaxtı: 09:00 – 18:00;

  • İş yeri: Bakı şəh., Begoc Biznes Mərkəzi.

Müraciət qaydası:

 Vakansiyaya son müraciət tarixi: 22.05.2024-cü il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;

  • Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz

 

 

Qeyd:
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
  • Müraciətlər nəzərdən keçirilərək yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Заказать звонок
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri